23
Oktyabr

23 Oktyabr

Jurnalist Əli Zülfüqaroğlunun və diaspor üzrə tədqiqatçı ekspert Elnur Eltürkün həmmüəllifliyi ilə Əlcəzair və Misir mətbuatında Ermənistanın Gəncədə törətdiyi terror aktları ilə bağlı yazı dərc olunub.

“Ermənistan Azərbaycanda mülki əhaliyə raket zərbələri endirir” sərlövhəsi və “Gəncədə törədilən terror aktı uşaqların həyatına son qoydu” yarımbaşlığı ilə dərc olunan məqalədə erməni vandalizmindən söhbət açılır.

Yazıda qeyd olunub: “Bu gün Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində toqquşmalar...

23
Oktyabr

23 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyənin nüfuzlu “Daily Sabah” nəşrinə müsahibə verib.

Spiker müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb, uzun illər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən xain terrorçuluq əməllərindən söz açıb.

Sahibə Qafarova vurğulayıb ki, biz Ermənistanın terrorçuluq əməlləri ilə 30 ildir üz-üzəyik. 1992-ci ildə baş verən Xocalı faciəsini, Ermənistanın Azərbaycanın ayrı-ayrı yerlərində törətdiyi digər terror hadisələrini hər kəs görüb.

23
Oktyabr

23 Oktyabr

Ukraynanın aparıcı KİV-ləri Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı bir sıra yaşayış məntəqələrini, o cümlədən Ağbənd qəsəbəsinin azad edilməsi ilə əlaqədar Prezident İlham Əliyevin müraciətini və digər açıqlamalarını geniş işıqlandırıb.

Ukraynanın nüfuzlu UNİAN informasiya agentliyində, “RBK-Ukrayna”, “Seqodnya”, “Korrespondent”, “Dialog”, "Qordon", "Reporter" portallarında dərc edilən məqalələrdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş...

23
Oktyabr

23 Oktyabr

İndoneziya Üləmalar Şurası Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib.

Bu barədə İndoneziyanın tanınmış “news.detik.com” saytı məlumat yayıb.

Məlumatda İndoneziyanın bütün dini təşkilatlarını özündə birləşdirən Üləmalar Şurasının (MUİ) sədr müavini K.H.Muhyiddin Cunaidinin bu bəyanatı Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyevlə görüşdə səsləndirdiyi qeyd olunub.

Həmçinin İndoneziyanın münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı Azərbaycan torpaqlarından tam, qeyd-şərtsiz və...

23
Oktyabr

23 Oktyabr

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin TV24 televiziya kanalına müsahibə verib.

Müsahibədə Milli Məclisin Sədri Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar masasında olmasının vacibliyindən danışıb. Bildirib ki, Türkiyə bu gün dünyada sözünü birbaşa söyləyə bilən və sözü keçən bir neçə ölkədən biridir. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstəyini yüksək səslə dilə gətirir.

Sədr qeyd edib ki, ATƏT-in Minsk qrupu vasitəçilik missiyasını yerinə yetirə bilməyib. Təxminən 30...

23
Oktyabr

23 Oktyabr

Fransanın “Le Figaro” nəşri hazırda Dağlıq Qarabağda həyata keçirilən hərbi əməliyyatlar barədə növbəti yazı dərc edib.

Məqalədə qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin heç bir siyasi həllinin olmadığını deyərək, insanları könüllü olaraq cəbhəyə yollanmağa çağırıb.

Məqalədə, həmçinin bildirilir ki, Paşinyan şəhər, qəsəbə və kəndlərin yerli rəhbərlərinə, vətəndaş təşkilatları, siyasi partiyaların, işgüzar dairələrin və könüllü birliklərin rəhbərlərinə müraciət edərək onları Azərbaycana...

23
Oktyabr

23 Oktyabr

BBC telekanalı Ermənistanın humanitar atəşkəs barədə razılaşmanı pozaraq Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması və nəticədə hər iki valideynini, eləcə də bacısını itirmiş üç yaşlı Xədicə ilə bağlı reportaj hazırlayıb.

“Dağlıq Qarabağ: müharibə nəticəsində valideynlərini itirmiş üç yaşlı körpə” adlı reportajda Gəncə şəhərində yaşayış binasının raket atəşinə tutulması nəticəsində dinc sakinlərin, o cümlədən üç yaşlı Xədicənin valideynlərini və bacısını itirdiyi bildirilir.

Reportajda Ermənistanın raket hücumu...

23
Oktyabr

23 Oktyabr

Fransanın TF1 televiziya kanalı cəbhə xəttindən reportaj yayımlayıb.

Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığının əks olunduğu bu reportaj Fransadakı erməni lobbisində ciddi narahatlıq yaradıb.

Fransa televiziyasının cəbhə bölgəsindən yayımlanan eksklüziv reportajında Azərbaycandakı vəziyyət, ordumuzun şücaəti, Ermənistan silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncənin yaşayış massivini bombardman etməsindən bəhs edilir.

TF1 televiziya kanalının jurnalisti Liseron Budul cəbhə bölgəsində olub və əsgərlərimiz ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını...

23
Oktyabr

23 Oktyabr

Latviyanın “press.lv” xəbər portalında Azərbaycanın bu ölkədəki səfiri Cavanşir Axundovun “Biz öz torpaqlarımızı geri qaytaracağıq” sərlövhəli müsahibəsi dərc olunub.

Səfir müsahibəsində Qarabağın Azərbaycanın tarixi torpağı olması, Dağlıq Qarabağ və ətraf rayonların 30 ilə yaxın müddətdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması, münaqişənin sülh yolu ilə həlli istiqamətində görülmüş işlər, Ermənistan tərəfinin atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum tədbirləri həyata keçirməsi...

23
Oktyabr

23 Oktyabr

Norveç qəzetində Gəncənin raket atəşinə tutulması nəticəsində həlak olan insanlardan bəhs edilən yazı dərc olunub.

“Utrop” qəzetində Azərbaycan şəhərlərinin və kəndlərinin ərazilərindəki mülki obyektlərə planlaşdırılmış hücum zamanı törədilmiş hərbi cinayətlərdən söhbət açılır.

Qeyd olunur ki, erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc şəhərlərinə raket zərbələri endirilməsi müharibə dövründə mülki vətəndaşların müdafiəsi haqqında Cenevrə Konvensiyasının yolverilməz pozuntusudur. Gəncə ilə yanaşı, Mingəçevir şəhəri, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu,...

23
Oktyabr

23 Oktyabr

Qırğızıstanın “goldenbridgenews.com” və “turktoday.info” portalları ərazilərimizin Ermənistan işğalından azad olunması ilə bağlı materiallar dərc edib.

Portallar Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəsmi “Twitter” səhifəsinə istinadla yazır ki, Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini, Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad edib.

Saytlar Azərbaycan...

23
Oktyabr

23 Oktyabr

Türkiyənin Anadolu agentliyi Azərbaycan Ordusunun cəbhədə yaratdığı dönüş vəziyyəti ilə bağlı mükəmməl infoqrafika hazırlayıb.

İnfoqrafikada işğalçı Ermənistanın hərbi təxribatları nəticəsində sentyabrın 27-dən cəbhədə yaranmış qarşıdurmanın oktyabrın 22-dək olan statistikası xəritə üstündə əksini tapıb. Oxucuya məlumat verilir ki, ötən dövrdə müzəffər Azərbaycan Ordusu 117 yaşayış məskənini düşmən tapdağından azad edib. Prezident İlham Əliyevin oktyabrın 22-də sosial şəbəkə hesabında açıqladığı 20 kənd və bir qəsəbənin azad olunması...

23
Oktyabr

23 Oktyabr

Fransanın “AgoraVox” portalında “Ermənistan-Azərbaycan münaqişəsi: anlamaq üçün bütün fikirlər təhlil edilməlidir” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun işğalından, Ermənistanın Gəncə şəhərində yaşayış massivini, eləcə də Mingəçevirin raket atəşinə tutulmasından bəhs olunub. Bildirilib ki, Ermənistan Azərbaycanın döyüş zonasından uzaqda yerləşən şəhərlərini atəşə tutmaqla üçüncü ölkələri münaqişəyə cəlb etməyə çalışır.

Məqalədə Qarabağın qədim və müasir tarixi haqqında məlumat verilib....