22
Oktyabr

22 Oktyabr

Xarici media

Özbəkistanın “kun.uz”, “qalampir.uz” və “azon.uz” portalları Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə bağlı özbək və rus dillərində məqalələr dərc edib.

Məqalələrdə Azərbaycan ordusunun günbəgün irəliləməsindən və torpaqları işğaldan azad etməsindən danışılır. Bununla yanaşı, Dağlıq Qarabağın və münaqişənin tarixi haqqında da məlumat verilir.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.