Orduya dəstək
Zərdablı gənclər: əsas məqsədimiz cəbhə bölgəsində əsgərlərimizə mənəvi dəstək olmaqdır
Zərdab Rayon Gənclər və İdman İdarəsi və Gənc Könüllülər tərəfindən birgə başlanan “Biz birlikdə güclüyük!” adlı dəstək kampaniyası çərçivəsində cəbhə zonasına ilk səfər baş tutub.
Səfər çərçivəsində kampaniyaya qoşulan vətənpərvər gənclərimizin sayəsində böyük həvəslə hazırlanan sovqatların ön cəbhədə döyüşən əsgərlərimizə çatdırılması təmin edilib.
Ordumuzun təminatının yüksək səviyyədə olduğunu bildiklərini qeyd edən təşkilatçılar vurğulayıblar ki, əsas məqsədləri bu cür kampaniyalarla əsgərlərimizə mənəvi dəstək olmaqdır. Bu məqsədlə də gənclər sovqatların göndərildiyi qutuların üzərilərinə ürək sözlərini də yazmağı unutmayıblar.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.