21
Oktyabr

21 Oktyabr

Orduya dəstək

Mədəniyyət işçilərindən Silahlı Qüvvələrə dəstək

Ağdaş Regional Mədəniyyət İdarəsinin şəbəkəsinə aid olan Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşən ordumuza dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq, ümumilikdə, 9330 manat vəsait köçürülüb.

Regional mədəniyyət idarəsindən bölgə müxbirinə verilən məlumatda bildirilir ki, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq cəbhə bölgəsinə isti geyimlər, odeyallar və digər zəruri avadanlıqlar da göndərilib.

Eyni zamanda, Azərbaycanda elan edilən qismən səfərbərliklə əlaqədar olaraq əks-hücum əməliyyatlarında iştirak etmək üçün hərbi xidmətə yollanmış mədəniyyət işçilərinin ailələri regional idarənin rəhbərliyi və əməkdaşlar tərəfindən ziyarət olunub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.