21
Oktyabr

21 Oktyabr

Orduya dəstək

Qayanada yaşayan yeganə azərbaycanlıdan dünyadakı ikili standartlara etiraz

Azərbaycandan çox-çox uzaqda - Cənubi Amerika qitəsində yerləşən Qayana Kooperativ Respublikasında yaşayan yeganə azərbaycanlı Təranə Qədirova ailəsi ilə birlikdə dünya ictimaiyyətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə ikili münasibət göstərməsinə etiraz edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, o və ailə üzvləri əllərində Qarabağa aid “Azərbaycan önəmlidir!”, “Qarabağ Azərbaycandır!”, “Dünya niyə biganədir?!” plakatları tutaraq dünyanı Azərbaycana qarşı ədalətsizliyə son qoymağa çağıraraq, ölkəmizə dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, Təranə Qədirova 1993-cü ildən Rusiyanın Qayana Koorperativ Respublikasındakı səfirliyində tərcüməçi olaraq çalışır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.