Zəfərin yolu
Döyüşlərdə iştirak edən hərbi qulluqçuların qələbə əzmini yüksəltmək məqsədilə Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat tədbirləri davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Mərkəz tərəfindən yaradılan təbliğat-təşviqat qruplarının şəxsi heyət qarşısında çıxışları təşkil olunur və konsert proqramları təqdim edilir.
Bundan əlavə, ümummilli lider Heydər Əliyevin və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordumuz...
Macarıstanda yaşayan soydaşlarımız Ermənistanın hərbi təxribatına etiraz etmək və Azərbaycan həqiqətlərini Macarıstan ictimaiyyətinə çatdırmaq məqsədilə Budapeşt şəhərinin mərkəzində yerləşən “Szent İstvan Basilica” kilsəsinin qarşısında icazəli aksiya keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Macarıstan-Azərbaycan Gənclər Birliyinin və Budapeştdəki Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan aksiyada Azərbaycan diasporunun və türkdilli icmaların üzvləri, bu ölkədə təhsil alan gənclərimiz və yerli sakinlər iştirak ediblər. Əllərində...
ABŞ-ın paytaxtı Vaşinqtonda üzərində rəsmi Yerevanın işğalçılıq siyasətini əks etdirən və Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpağlarından çıxmasını tələb edən rəqəmsal plakatların və mobil reklam lövhələrinin olduğu xüsusi avtomobil gün ərzində mərkəzi küçələri, meydanları dolaşaraq yerli ictimaiyyəti Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırır.
Plakatlar üzərində “Qarabağ Azərbaycandır!”, “Ermənistan Azərbaycan torpağından çıx!”, “Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır!”, “Erməni...
Naxçıvanda “Qarabağ Azərbaycandır!” şüarı altında onlayn aksiya keçirilib. Aksiyada, ümumilikdə, 549 nəfər gənc iştirak edib.
Aksiya zamanı Azərbaycan Respublikasında fəaliyyət göstərən 45 xarici ölkənin səfirliyinin elektron poçt ünvanına öncədən rus və ingilis dilində hazırlanıb, düşmənin təcavüzkar siyasətini əks etdirən məlumatlar və fotolar göndərilib.
Aksiyanın keçirilməsində əsas məqsəd Ermənistan ordusunun ağır müharibə cinayəti törədərək yaşayış məntəqələrimizi atəşə tutması, xüsusilə, ermənilər...
Tanrıya şükürlər olsun ki, bizə bu günləri nəsib etdi. Zəngilana qayıdacağımız günü səbirsizliklə gözləyirdim. Allah-Təala dualarımızı eşitdi və haqqın, ədalətin bizim tərəfimizdə olduğunu göstərdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və onun rəhbərliyi ilə döyüşən igid əsgərlərimizə sonsuz təşəkkürümü bildirirəm. Vətənindən, el-obasından didərgin düşən insanların adından “Çox sağ olun!” deyirəm. Ömrümün qalan hissəsini öz yurdumda yaşayacağıma görə hədsiz...
İğdır və Qars bölgələrindən olan alpinistlər Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə Rağbət dağının zirvəsinə yürüş ediblər.
Alpinistlərin könüllü həyata keçirdiyi aksiya Azərbaycana mənəvi dəstək, Ermənistanın işğalçılıq siyasətinə və hərbi təxribatlarına etiraz məqsədilə təşkil olunub.
Aksiyada Qars Qafqaz Alpinistlik və İdman Klubu ilə İğdır Fotoqraf Mədəniyyət və Təbiət Klubunun doqquz üzvü iştirak edib.
Qeyd edək ki, İğdırın Tuzluca rayonunun Gazilər kəndində...
Zəngilan şəhərinin işğaldan azad olunmasına ən çox sevinənlərdən biri də Hüseynbəyli kənd sakini Yaşar Səfərlidir. Ötən il "Paşinyan Zəngilana yol çəkir, buna ürəyim dözmür, mən öz torpağımı istəyirəm" deyib etiraz edən Yaşar dayı 27 ildən sonra arzusuna çatdı.
Doğma yurdu erməni işğalından azad olunan Zəngilan sakini sevinc təəssüratlarını bölüşüb.