21
Oktyabr

21 Oktyabr

Orduya dəstək

Döyüşlərdə iştirak edən şəxsi heyət üçün “Əsgərə məktub” layihəsi keçirilib 

iştirak edən hərbi qulluqçuların döyüş əzminin daha da artırılması məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən təbliğat və təşviqat keçirilən tədbirlər çərçivəsində “Əsgərə məktub” layihəsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, döyüşlərdə iştirak edən şəxsi heyətə ünvanlanan məktublar hərbi qulluqçularımızda xoş təəssürat yaradır və onlar tərəfindən sevinclə qarşılanır.

Hərbi qulluqçular da öz növbəsində xalq-ordu birliyinin təntənəsi olan Ordumuza dəstək kampaniyasında iştirak edənlərə təşəkkürlərini çatdırırlar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.