21
Oktyabr

21 Oktyabr

Orduya dəstək

Daha iki şirkət Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

Vətənimizin cəbhə bölgəsində aparılan uğurlu əks-hücum əməliyyatı və torpaqlarımızın işğalçılardan azad etmə uğrunda gedən döyüşlərdə "Cəlilabad Şərab-2" ASC və Cəlilabad "AVANQARD" MMC Milli Ordumuza dəstək göstərib. Belə ki, "Cəlilabad Şərab-2" ASC 50 min manat, Cəlilabad "AVANQARD" MMC 50 min manat vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüb.

Eşq olsun müzəffər Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.