21
Oktyabr

21 Oktyabr

Orduya dəstək

Türkiyədə Azərbaycana mənəvi dəstək kampaniyaları davam edir

Türkiyədə fəaliyyət göstərən “SS №32” Əliağa Kasalı Kamyonçular Kooperativi Azərbaycana dəstək aksiyasına başlayıb.

Kooperativin bütün ağırtonnajlı yük maşınlarında Azərbaycan və Türkiyənin dövlət bayraqları asılıb. Kooperativin rəhbəri Savaş Uzun və onun müavini Abdullah Erikçinin kollektiv qarşısında çıxışında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və mülki əhaliyə davamlı hücumları ən kəskin ifadələrlə qınanılıb. Qeyd olunub ki, aksiyanı keçirməkdə məqsəd insanların diqqətini Azərbaycanın haqq işinə yönəltmək, müzəffər Azərbaycan Ordusuna mənəvi dəstək verməkdir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.