Zəfərin yolu
Prezident İlham Əliyevin oktyabrın 4-də Azərbaycan xalqına müraciəti Türkiyənin aparıcı telekanalları vasitəsilə tam formada yayılıb.
“TRT Haber”, “A Haber”, “Haber Global” və digər telekanalların birbaşa yaydığı müraciət Türkiyə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.
Türkiyənin aparıcı kütləvi informasiya vasitələri dövlətimizin başçısının qələbə müjdəli açıqlamalarını, eləcə də Cəbrayıl rayonunun düşmən tapdağından azad olunması xəbərini, həmçinin təcavüzkar Ermənistan rəhbərliyinə xəbərdarlıq mesajlarını və işğalçı tərəfə...
Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində “Azərbaycan lideri atəşkəsdən əvvəl Ermənistanın geri çəkilməsini və üzr istəməsini tələb edir” başlıqlı məqalə yerləşdirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 4-də xalqa müraciəti əsasında hazırlanan məqalədə dövlətimizin başçısının atəşkəsin reallaşması üçün Ermənistanın yerinə yetirməli olduğu şərtləri açıqladığını bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın işğal...
Ukraynanın nüfuzlu “Qordon” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində Fransa dövlətinin ittihamları ilə bağlı səsləndirdiyi sərt tənqidləri dərc edib.
“Demək olar ki, sakinlərinin yarısı ermənilərdir-Əliyev Fransaya Marselə müstəqillik verilməsini təklif etdi” sərlövhəli məqalədə dövlətimizin başçısının Fransa Prezidentinin ittihamlarına cavabı işıqlandırılıb. Məqalədə İlham Əliyevə istinadla qeyd olunur ki, işğal edilmiş ərazilər Azərbaycan torpaqlarıdır.
“Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy,...
Ukraynanın nüfuzlu informasiya agentlikləri, portalları Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlərə geniş yer ayırıb.
Ukraynanın dövlət Ukrinform, UNİAN informasiya agentlikləri, “RBK-Ukrayna”, “Qordon”, “Segodnya.ua” və digər xəbər saytlarında Prezident İlham Əliyevin xalqa müraciətində sərt tənqidi fikirləri dərc edilib. Məqalələrdə dövlətimizin başçısına istinadla qeyd edilib ki, atəşkəsin elan edilməsi bir şərtlə, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan ordusunun...
Özbəkistanın “interpress.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti və “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi ilə əlaqədar özbək dilində məqalələr dərc edib.
Məqalələrdə Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal olunan torpaqların bir hissəsini, o cümlədən Cəbrayıl şəhərinin və rayonun doqquz kəndini işğaldan azad etməsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdiyi bildirilir.
Qeyd olunur ki, dövlətimizin başçısı “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində də bu barədə ətraflı məlumat verir. Müsahibədə Ermənistanın son...
Rumıniyanın kütləvi informasiya vasitələri, o cümlədən “AGERPRES” milli xəbər agentliyi, “Unimedia”, “G4media”, “Adevarul”, “Spotmedia”, "Bursa" və digər aparıcı mətbuat orqanları Azərbaycan Prezidenti İlham Əliyevin təcavüzkar Ermənistan rəhbərliyinə xəbərdarlıq mesajlarını və işğalçı tərəfə ünvanlandığı şərtləri ayrı-ayrı başlıqlarla təqdim ediblər.
Yazılarda xüsusilə Prezident İlham Əliyevin erməni hökumətinə...
“Azərbaycan əsgəri onları iti qovan kimi qovur! Onların postları bizim əlimizdədir! Onların silahlı texnikaları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!".
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 4-də xalqa müraciətində səsləndirdiyi bu fikirlər Cənubi Koreyanın nüfuzlu “The Korea Times” qəzetində dərc olunan “Azərbaycan lideri Ermənistanın geriçəkilmə cədvəli tərtib olunanadək döyüşlərin davam edəcəyini deyib” sərlövhəli məqalədə əksini tapıb. Qeyd olunub ki, Prezident İlham Əliyev 1990-cı...
Rusiya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa son müraciətini geniş yayımlayıb.
Rusiyanın aparıcı xəbər resursları “Azərbaycan Prezidenti Qarabağda vəziyyətin kəskinləşməsinin təqsirkarlarını açıqladı”, “Azərbaycan Prezidenti: Onları iti qovan kimi qovuruq”, “Azərbaycan Prezidenti Qarabağda atəşkəs üçün şərtlərini açıqladı” kimi başlıqlı materiallar dərc edib.
Xəbərlərdə vurğulanır ki, Prezident İlham Əliyev Yerevanı və Ermənistana havadarlıq edən ölkələri Dağlıq Qarabağda müharibənin başlanmasının təqsirkarları adlandırıb. Azərbaycan liderinin Ordumuzun işğal altında olan torpaqlarımızın bir hissəsini azad...