05
Oktyabr

5 Oktyabr

Media

Özbəkistanın “interpress.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti və “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi ilə əlaqədar özbək dilində məqalələr dərc edib.

Məqalələrdə Azərbaycan Ordusunun Ermənistan tərəfindən işğal olunan torpaqların bir hissəsini, o cümlədən Cəbrayıl şəhərinin və rayonun doqquz kəndini işğaldan azad etməsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdiyi bildirilir.

Qeyd olunur ki, dövlətimizin başçısı “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində də bu barədə ətraflı məlumat verir. Müsahibədə Ermənistanın son təxribatları, Azərbaycanın buna cavab olaraq əks-hücumu, torpaqlarımızın bir hissəsinin işğaldan azad olunması, təcavüzkar ölkənin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etməməsi ilə bağlı məlumatlar yer alıb.

“Human.uz” portalı isə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” hesabındakı paylaşımından sitatlar gətirib: “Ermənistanın Gəncə şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərə raket zərbələrinin nəticələri. Azərbaycan mülki şəxsləri müdafiə etmək və Ermənistanı sülhə məcbur etmək üçün legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görmək hüququnu saxlayır. Gəncəyə dörd yeni raket düşüb”.

Materialda BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz azad olunması ilə bağlı dörd qətnamə qəbul etdiyini diqqətə çatdırır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.