05
Oktyabr

5 Oktyabr

Media

Rusiya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin xalqa son müraciətini geniş yayımlayıb.

Rusiyanın aparıcı xəbər resursları “Azərbaycan Prezidenti Qarabağda vəziyyətin kəskinləşməsinin təqsirkarlarını açıqladı”, “Azərbaycan Prezidenti: Onları iti qovan kimi qovuruq”, “Azərbaycan Prezidenti Qarabağda atəşkəs üçün şərtlərini açıqladı” kimi başlıqlı materiallar dərc edib.

Xəbərlərdə vurğulanır ki, Prezident İlham Əliyev Yerevanı və Ermənistana havadarlıq edən ölkələri Dağlıq Qarabağda müharibənin başlanmasının təqsirkarları adlandırıb. Azərbaycan liderinin Ordumuzun işğal altında olan torpaqlarımızın bir hissəsini azad etməsi barədə bəyanatı da Rusiya xəbər resurslarının diqqət mərkəzindədir.

Rusiya mətbuatı yazır ki, Prezident İlham Əliyev ermənilər qoşunlarını Dağlıq Qarabağdan çıxarandan sonra Azərbaycanın atəşkəsə razı olacağını bəyan edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.