16
Oktyabr

16 Oktyabr

Azərbaycan Dağlıq Qarabağ separatçıları ilə döyüşlərə heç bir muzdlu cəlb etməyib. Dağlıq Qarabağdakı döyüşlərdə Türkiyənin hərbi müdaxiləsi yoxdur.

Mənə heç bir sübut, dəlil təqdim olunmayıb. Heç bir dəlil yoxdursa, düşünürəm ki, bu söz-söhbət bağlanmalıdır.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” televiziya kanalına verdiyi müsahibəyə istinadən “La Tribune” portalında yazılan “Əliyev France 24-ə deyib ki, Dağlıq Qarabağ münaqişəsində muzdlular yoxdur” adlı məqalədə bildirilib. Portalda Azərbaycan Prezidentinin söylədiyi əsas...

16
Oktyabr

16 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda döyüşlərin davam etdiyi bir vaxtda bu rayonlara hər hansı beynəlxalq sülhməramlıların yerləşdirilməsindən danışmaq hələ tezdir.

Bu barədə Yaponiyanın NHK telekanalının oktyabrın 16-da yaydığı videosüjetdə bildirilib. Qeyd edilib ki, oktyabrın 10-da humanist atəşkəsin elan olunmasına baxmayaraq, tərəflər arasında münaqişə davam edir.

Videomaterialda Azərbaycan Prezidenti İlham Əliyevə istinadla vurğulanıb ki, döyüşlərin davam etdiyi bir vaxtda sülhməramlı qüvvələrdən...

16
Oktyabr

16 Oktyabr

Vyetnamın böyük oxucu auditoriyasına malik olan VOV ("Voice of Vietnam") xəbər agentliyinin saytında Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsi barədə məqalə yayıb.

Azərbaycanın Vyetnamdakı səfirliyi bildirib ki, məqalədə Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi əksini tapıb. Prezident İlham Əliyevə istinadən bildirilir ki, ilkin mərhələdə Ermənistan silahlı qüvvələri işğal altındakı əraziləri tərk etməli idi və prinsip etibarilə bu...

16
Oktyabr

16 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrin KİV-lərinə müsahibələri Gürcüstan mətbuatının diqqət mərkəzindədir.

Report.ge, 24news.ge, pia.ge, news.ge, aktual.ge və daha bir neçə sayt Azərbaycan Prezidentinin Ermənistanın işğalçılıq siyasəti, region ölkələri üçün yaratdığı təhlükələr, Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının uğurlu nəticələri barədə fikirlərini yayıblar.

Bu məlumatlar oxuculara Azərbaycan, rus, ingilis və gürcü dillərində təqdim olunur.

Ümumilikdə oktyabrın 15-də və 16-da Azərbaycan Prezidentinin fikirləri ilə bağlı Gürcüstan oxucularına 20-dən...

16
Oktyabr

16 Oktyabr

Türkiyə kütləvi informasiya vasitələri Prezident İlham Əliyevin fəaliyyətinin işıqlandırılmasına geniş yer ayırır. Dövlətimizin başçısının müsahibələri, eləcə də ordumuzun rəşadəti barədə fikirləri, Ali Baş Komandanımızın cəbhədəki qələbələrə dair paylaşdığı yeni məlumatlar bir an içərisində Türkiyə KİV-lərinin ana xəbəri kimi qalmaqdadır.

Prezident İlham Əliyevin işğalçı Ermənistan rəhbərliyinə və dünya ictimaiyyətinə ünvanlandığı mesajlar Türkiyə mediası və ictimaiyyəti tərəfindən sonsuz maraqla qarşılanır.

Mətbuat, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və davamlı olaraq...

16
Oktyabr

16 Oktyabr

Moldova mətbuatı Ermənistanın müharibə cinayətləri, Prezident İlham Əliyevin xarici KİV-lərə müsahibəsi və işğaldan azad edilən ərazilərimizə dair açıqlamasına geniş yer ayırıb.

Moldovanın “Timpul.md”, “NOİ.md”, “AVA.md” və digər informasiya portallarında Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutması, böyük şəhərlərimizin raket atəşinə tutulması, regional neft boru xətlərimizi hədəfə alması və bu kimi müharibə cinayətlərindən bəhs edilib.

Bundan başqa, Moldova KİV-ləri...

16
Oktyabr

16 Oktyabr

Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bəzi kəndlərimizin işğaldan azad edilməsi ilə bağlı növbəti açıqlamasına dair məqalələr dərc edib.

Ukrinform, “RBK-Ukrayna” informasiya agentliyində, “Seqodnya”, “Korrespondent” portallarında dərc edilən məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Twitter” səhifəsinə istinadla yazılıb: “ Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış,...

16
Oktyabr

16 Oktyabr

Özbəkistan “tnews.uz” portalı Azərbaycanın cəbhədə qazandığı qələbələrlə bağlı materiallar dərc edib.

“tnews.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” televiziya kanalına müsahibəsinin tam mətnini verib. “fikr.uz” saytı isə bu müsahibə ilə əlaqədar analitik məqalə dərc edib. Məqalədə müsahibədən sitat gətirilir: “Onu qeyd etmək istəyirəm ki, Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı...