16
Oktyabr

16 Oktyabr

Media

Moldova mətbuatı Ermənistanın müharibə cinayətləri, Prezident İlham Əliyevin xarici KİV-lərə müsahibəsi və işğaldan azad edilən ərazilərimizə dair açıqlamasına geniş yer ayırıb.

Moldovanın “Timpul.md”, “NOİ.md”, “AVA.md” və digər informasiya portallarında Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutması, böyük şəhərlərimizin raket atəşinə tutulması, regional neft boru xətlərimizi hədəfə alması və bu kimi müharibə cinayətlərindən bəhs edilib.

Bundan başqa, Moldova KİV-ləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Twitter” səhifəsində yazdığı “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib” fikrini də dərc edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.