17
Oktyabr

17 Oktyabr

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Füzuli şəhərinin və ətraf kəndlərin düşmən tapdağından azad edilməsi barədə sözləri Misir mətbuatında geniş işıqlandırılıb.

Misirin “Akhbarelyom”, “Almasryalyoum”, “Dostor”, “Egyptnewsonline” saytları dövlətimizin başçısının xalqa müraciətində Füzulinin azad edilməsi ilə bağlı müjdəsini yayıblar. Xəbərlərdə Prezident İlham Əliyevin aşağıdakı sözləri qeyd olunub: “...Biz Füzuli şəhərini işğalçılardan azad edə bilmişik. Düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Bu gün tam məsuliyyətlə deyə...

17
Oktyabr

17 Oktyabr

İspaniyanın qocaman nəşrlərindən biri olan “La Vanguardia”da “Azərbaycanda bir neçə şəhərin işğaldan azad edilməsi elan olunub” sərlövhəli məqalə dərc edilib.

İspan nəşri Azərbaycan Prezidenti İlham Əliyevin televiziya vasitəsilə xalqa müraciətində Ermənistan tərəfindən işğal edilmiş Füzuli şəhərinin və Füzuli rayonunun bir neçə yaşayış məntəqəsinin azad olunmasını elan etməsini diqqətə çatdırır.

Məqalədə bildirilir ki, Dağlıq Qarabağdan cənubda yerləşən Füzuli şəhəri erməni qoşunları tərəfindən 1993-cü il avqustun 23-də...

17
Oktyabr

17 Oktyabr

Gürcüstan saytları Azərbaycanın rəşadətli Ordusunun daha bir qələbəsindən yazır.

Geniş oxucu kütləsinə malik report.ge, 24news.ge, pia.ge, aktual.ge, sputnik-georgia.ru informasiya agentlikləri Azərbaycan Prezidenti İlham Əliyevə istinadla Füzuli şəhərinin və rayonun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndlərinin erməni işğalından azad olunması barədə məlumatı oxucuların diqqətinə çatdırıb.

17
Oktyabr

17 Oktyabr

Prezident İlham Əliyevin oktyabrın 17-də Azərbaycan xalqına müraciəti Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş işıqlandırılıb. Bəzi telekanallar müraciəti canlı yayımla təqdim edib.

Prezident İlham Əliyevin Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhərinin düşmən tapdağından azad olunması barədə verdiyi məlumat Türkiyə KİV-lərində sürətlə yayılıb. O cümlədən dövlətimizin başçısının fikirləri ayrıca xəbərlər kimi ictimaiyyətə çatdırılıb.

Məlumatları Anadolu,

17
Oktyabr

17 Oktyabr

Özbəkistanın “fikr.uz”, “interfax.uz”, “tnews.uz” və “nargis.uz” portallarında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və təcavüzü ilə bağlı özbək və rus dillərində məqalələr çap olunub.

“fikr.uz” və “interfax.uz” portalları Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Ria Novosti” agentliyinə müsahibəsi ilə əlaqədar material verib. Yazıda dövlət başçısının müsahibəsindən sitatlar gətirilir. Bildirilir ki, Prezident İlham Əliyev torpaqlarımız azad edildikdən sonra erməni icması və Azərbaycan icmasının dinc yanaşı yaşaması ilə bağlı deyib: “Gələcəkdə Dağlıq Qarabağ...