Media
Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrin KİV-lərinə müsahibələri Gürcüstan mətbuatının diqqət mərkəzindədir.
Report.ge, 24news.ge, pia.ge, news.ge, aktual.ge və daha bir neçə sayt Azərbaycan Prezidentinin Ermənistanın işğalçılıq siyasəti, region ölkələri üçün yaratdığı təhlükələr, Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarının uğurlu nəticələri barədə fikirlərini yayıblar.
Bu məlumatlar oxuculara Azərbaycan, rus, ingilis və gürcü dillərində təqdim olunur.
Ümumilikdə oktyabrın 15-də və 16-da Azərbaycan Prezidentinin fikirləri ilə bağlı Gürcüstan oxucularına 20-dən çox material yayılıb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.