16
Oktyabr

16 Oktyabr

Media

Ukraynanın nüfuzlu KİV-ləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bəzi kəndlərimizin işğaldan azad edilməsi ilə bağlı növbəti açıqlamasına dair məqalələr dərc edib.

Ukrinform, “RBK-Ukrayna” informasiya agentliyində, “Seqodnya”, “Korrespondent” portallarında dərc edilən məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi “Twitter” səhifəsinə istinadla yazılıb: “ Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.