Media
Özbəkistan “tnews.uz” portalı Azərbaycanın cəbhədə qazandığı qələbələrlə bağlı materiallar dərc edib.
“tnews.uz” portalı Azərbaycan Prezidenti İlham Əliyevin “France 24” televiziya kanalına müsahibəsinin tam mətnini verib. “fikr.uz” saytı isə bu müsahibə ilə əlaqədar analitik məqalə dərc edib. Məqalədə müsahibədən sitat gətirilir: “Onu qeyd etmək istəyirəm ki, Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmuşdur. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir”.