Zəfərin yolu
Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Qoşunlarımızın keçirdiyi hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun Hacılı, Hacı İsaqlı kəndlərini və Xudafərin qəsəbəsini işğaldan azad edib.
Artıq qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı dalğalanır.
Döyüş əməliyyatları davam edir.
Müdafiə Nazirliyi Füzuli istiqamətində gedən döyüşlərdə xeyli sayda canlı qüvvə və texnika baxımından itkilərə məruz qalan düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnikası və silah-sursatının foto və videogörüntülərini paylaşıb.
Azərbaycan Ordusunun artilleriya bölmələri düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməkdə davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən yaydığı növbəti videoçarxda artilleriya bölmələrimizin düşmən mövqelərinə dəqiq və sarsıdıcı zərbələr vurmasını əks etdirən görüntülər yer alıb.
Oktyabrın 17-də gün ərzində yeni humanitar atəşkəs rejimi elan olunanadək cəbhənin Ağdərə və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti nisbətən sabit olub.
Azərbaycan Ordusu tərəfindən dünən gün ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç”, 1 ədəd D-20 haubitsa-topu və 1 ədəd KS-19 zenit topları, 6 ədəd...