• Ordu
25
Oktyabr

25 Oktyabr

Hərəkət xəritəsi

Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad edib

Qoşunlarımızın keçirdiyi hərbi əməliyyatlar nəticəsində Zəngilan rayonunun Yenikənd, Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd kəndləri, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu kəndləri, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri işğaldan azad edilmişdir.

Döyüş əməliyyatları davam edir.

25
Oktyabr

25 Oktyabr

Əsgərimiz

Artilleriyaçılarımız düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirirlər

Azərbaycan Ordusunun artilleriya bölmələri düşmənin atəş nöqtələrinə dəqiq zərbələr endirməkdə davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən yaydığı növbəti videoçarxda artilleriya bölmələrimizin düşmən mövqelərinə dəqiq və sarsıdıcı zərbələr vurmasını əks etdirən görüntülər yer alıb.

25
Oktyabr

25 Oktyabr

Cəbhə xəbərləri

Qoşunlarımız Xocavənd, Qubadlı və Laçın rayonları ərazisində düşmənə ciddi zərbə vuraraq yeni mövqelərə irəliləyib

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut, Qubadlı və Laçın istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən qoşunlarımızı atıcı silahlar, tanklar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun əsas istiqamətlərdə döyüş fəaliyyətlərini davam etdirərək nəzarətə götürülən əraziləri bir qədər də genişləndirib.

Qoşunlarımız cəbhənin Xocavənd, Qubadlı...