18
Oktyabr

18 Oktyabr

Cəbhədə son vəziyyət

Oktyabrın 17-də gün ərzində yeni humanitar atəşkəs rejimi elan olunanadək cəbhənin Ağdərə və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti nisbətən sabit olub.

Azərbaycan Ordusu tərəfindən dünən gün ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç”, 1 ədəd D-20 haubitsa-topu və 1 ədəd KS-19 zenit topları, 6 ədəd...

18
Oktyabr

18 Oktyabr

Düşmənin hərbi hissəsi ələ keçirilib

Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib.

Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Bölmələrimiz cəbhə boyu bütün istiqamətlərdə üstünlüyü əldə saxlayır.

18
Oktyabr

18 Oktyabr

Düşmən ordusunun “Su-25” hücum təyyarəsi məhv edilib

Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti “Su-25” hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

18
Oktyabr

18 Oktyabr

Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib

Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə yerləşdirdiyi xüsusi təyinatlılar Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmağa məcbur edilir.

Videogörüntülərdə Azərbaycan Ordusunun zirehli texnikasının və əsgərlərinin erməni xüsusi təyinatlılarını necə qovduğu müşahidə olunur.

Videonun son kadrlarında düşmən səngərlərini tərk etdikdən sonra həmin mövqelərə doğru Azərbaycan əsgərinin irəliləməsi aydın görünür.

18
Oktyabr

18 Oktyabr

Ermənistana məxsus daha bir PUA məhv edilib

Oktyabrın 18-də düşmənin daha bir pilotsuz uçuş aparatı (PUA) vurulub.

Saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki PUA Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilib.

18
Oktyabr

18 Oktyabr

Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun Xudafərin qəsəbəsini azad etdi

Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Qoşunlarımızın keçirdiyi hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun Hacılı, Hacı İsaqlı kəndlərini və Xudafərin qəsəbəsini işğaldan azad edib.

Artıq qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı dalğalanır.

Döyüş əməliyyatları davam edir.