• Ordu
07
Noyabr

7 Noyabr

Hərəkət xəritəsi

Azərbaycan Ordusu daha 16 kəndi işğaldan azad edib

Müzəffər Azərbaycan Ordusunun əks-hücum əməliyyatı cəbhənin bütün istiqamətlərində uğurla davam edir. Hərbi əməliyyatlar nəticəsində ordumuz Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarxac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Baharlı, Xocavəndin Ataqut, Hünərli kəndlərini işğaldan azad etmişdir.

Döyüş əməliyyatları davam edir.

07
Noyabr

7 Noyabr

Əsgərimiz

Topu hazır vəziyyətə gətirən və düşmən tərəfə tuşlayaraq sərrast atəşlə onu məhv edən kiçik çavuş 

Kiçik çavuş Rüfət Arifoğlu baş tuşlayıcı kimi verilən göstəricələrə əsasən topu hazır vəziyyətə gətirir və düşmən tərəfə tuşlayaraq sərrast atəşlə onu məhv edir.

Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

07
Noyabr

7 Noyabr

Cəbhə xəbərləri

Cəbhədə noyabrın 7-nə olan son vəziyyət

Noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin...