Zəfərin yolu
Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyərək qaçan Ermənistan hərbçiləri dinc sakinləri, yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaqda davam edir. Nəticədə evlərə, mülki obyektlərə, dinc əhalinin əmlakına, infrastruktura külli miqdarda ziyan vurulur.
Ooktyabrın 8-də səhər saatlarında düşmən yenidən Goranboy rayonunu artilleriya atəşinə tutub. Nəticədə rayonun bir neçə kəndində evlərə və mülki obyektlərə ziyan dəyib.
Kənd sakini Afiyəddin Quliyev bildirib ki, hadisə səhər saatlarında...
Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.
Oktyabrın 8-də saat 6 radələrində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi ərazisinə top mərmilərinin düşməsi səbəbindən orada yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına da...
Ermənistan silahlı bölmələri cəbhəyanı yaşayış məntəqələrində dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, sosial təyinatlı binaları hədəfə almaqda davam edir.
Düşmənin oktyabrın 8-də rayonun işğal altında olmayan yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində evlərə, elektrik və qaz təsərrüfatı ilə yanaşı, 1 orta məktəb, 1 musiqi məktəbi və 1 sahə xəstəxanasına da ziyan dəyib.
Ümumilikdə, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində...
Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunu intensiv atəşə tutub.
İntensiv artilleriya atəşi nəticəsində rayonun kəndlərindəki mülki obyektlərə, evlərə ciddi ziyan dəyib.
Buna baxmayaraq, əhali öz evlərini tərk etməyəcəklərini və Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını dəstəklədiklərini bildiriblər.
Rəşadətli Azərbaycan Ordusunun qətiyyətli və sarsıdıcı zərbələri nəticəsində geri çəkilən və bölmələrimizlə qarşılaşmağa cürət etməyən düşmən yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.
Oktyabrın 8-də saat 4 radələrində düşmən Gəncə şəhərini yenidən raket atəşinə tutub. Raket zərbələri nəticəsində şəhər ərazisində bir neçə mülki obyektə, yaşayış binasına, 1 avtomobilə ziyan dəyib. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Azərbaycan Ordusu adekvat tədbirlər görüb, düşmənə sarsıdıcı zərbələr endirib.
Düşmənin...
Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirərək Bərdə şəhərini növbəti dəfə artilleriya atəşinə tutub.
Düşmənin “Toçka-U” kompleksindən atəşi nəticəsində mülki şəxslərə, infrastruktura ciddi ziyan dəyib, yaralananlar var. Şəhərin, kəndlərin ağır artilleriya qurğularından atəşə tutulması erməni barbarlığının sübutudur.
Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir.
Düşmən oktyabrın 8-də gecə saatlarında və səhər rayonun işğal altında olmayan yaşayış məntəqələrini intensiv atəşə tutub. Kənd və qəsəbələrin artilleriya atəşinə məruz qalması nəticəsində 50-yə yaxın evə, yardımçı binalara, musiqi məktəbinə, orta...
Təcavüzkar Ermənistan ölkəmizin dinc əhalisinə qarşı terror əməllərini davam etdirir.
Düşmən yaşayış məntəqələrini və habelə mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Füzuli rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub. Nəticədə kənd ərazisində yerləşən evlərdən biri tam yararsız vəziyyətə düşüb.
Yaşayış evləri zərər görən sakinlər düşməndən qorxmadıqlarını bildiriblər.
Şanlı Ordumuza güvənən əhali heç yerə getmir, doğma yurd-yuvalarını da tərk etmək fikrində deyillər.
Azərbaycanın öz işğal olunmuş əraziləri üzərində nəzarəti bərpa etməsi həm Azərbaycan, həm də erməni xalqının xeyrinə olacaq.
Bunu Yəhudi hüquq müdafiə təşkilatının Rusiya və Avrasiya üzrə direktoru Samuel Kliger deyib.
O bildirib ki, ABŞ-da Ermənistanla Azərbaycan arasında münaqişənin gərginləşməsini narahatlıqla izləyirlər:
“Biz də dünya ictimaiyyəti kimi atəşi dayandırmağa, münaqişəni sülh yolu...