08
Oktyabr

8 Oktyabr

Yerli media

Düşmən Ağdamın işğal altında olmayan yaşayış məntəqələrini intensiv atəşə tutub (Azərtac)

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir.

Düşmən oktyabrın 8-də gecə saatlarında və səhər rayonun işğal altında olmayan yaşayış məntəqələrini intensiv atəşə tutub. Kənd və qəsəbələrin artilleriya atəşinə məruz qalması nəticəsində 50-yə yaxın evə, yardımçı binalara, musiqi məktəbinə, orta məktəbə, sahə xəstəxanasına, eləcə də mağaza və digər obyektlərə, elektrik və qaz təsərrüfatlarına ziyan dəyib, vətəndaşlara məxsus ev heyvanları tələf olub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.