Yerli media
Ermənistanın müharibə cinayətləri: məktəblər və uşaq bağçaları hədəfə alınır (Azərtac)
Ermənistan silahlı bölmələri cəbhəyanı yaşayış məntəqələrində dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, sosial təyinatlı binaları hədəfə almaqda davam edir.
Düşmənin oktyabrın 8-də rayonun işğal altında olmayan yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində evlərə, elektrik və qaz təsərrüfatı ilə yanaşı, 1 orta məktəb, 1 musiqi məktəbi və 1 sahə xəstəxanasına da ziyan dəyib.
Ümumilikdə, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatları nəticəsində sentyabrın 27-dən indiyədək rayon üzrə 10 orta məktəb, 2 musiqi məktəbi, 2 uşaq bağçası və 1 sahə xəstəxanasına ziyan dəyib.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.