Yerli media
Füzulinin kəndlərində dağılan evlər - erməni faşizmi davam edir (Azərtac)
Ermənistan silahlı qüvvələri Azərbaycanın Füzuli rayonunu intensiv atəşə tutub.
İntensiv artilleriya atəşi nəticəsində rayonun kəndlərindəki mülki obyektlərə, evlərə ciddi ziyan dəyib.
Buna baxmayaraq, əhali öz evlərini tərk etməyəcəklərini və Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını dəstəklədiklərini bildiriblər.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.