09
Oktyabr

9 Oktyabr

Erməni faşistlərinin azərbaycanlı dinc əhaliyə qarşı təxribatları davam edir (Azərtac)

Erməni faşistlərinin azərbaycanlı dinc əhaliyə qarşı təxribatları davam edir.

Düşmən səhər saatlarında Füzuli rayonunun işğal altında olmayan yaşayış məntəqələrinə yenidən ağır artilleriyadan zərbələr endirib.

Atəşə məruz qalan kəndlərdən biri də Qarabağ kəndidir. Kəndə düşən mərmilər nəticəsində sakinlərdən bir neçə nəfəri xəsarət alıb. Bundan başqa, evlər dağılıb, mal-qara tələf olub, təsərrüfatlara ciddi ziyan dəyib, infrastruktur sıradan çıxıb.

Qeyd edək ki, sentyabrın 27-si...

09
Oktyabr

9 Oktyabr

Suqovuşandan Tərtər çayına bol su gəlir - 28 illik həsrətə son qoyuldu (Azərtac)

Suqovuşan kəndinin işğaldan azad edilməsi aqrar sahənin inkişafına səbəb olacaq. Belə ki, Suqovuşandakı su anbarının 28 il işğal altında qalması Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax, Goranboy rayonlarının əkin sahələrinin suvarılmasında çətinlik yaratmışdı. Artıq Azərbaycan Ordusunun işğaldan azad etdiyi su anbarından Tərtərçaya su verilib. Tərtərçay indi bol su ilə axır. Bu isə o deməkdir ki, əkin...

09
Oktyabr

9 Oktyabr

Düşmən Ağdamın işğal altında olmayan kənd və qəsəbələrini artilleriya atəşinə tutub – dinc sakinlər hədəf alınır (Azərtac)

Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir. Ağdam rayonunun işğal altında olmayan kənd və qəsəbələrinin artilleriya atəşinə məruz qalması nəticəsində yaşayış evlərinə, yardımçı binalara, məktəblərə, mağaza və digər obyektlərə, elektrik və qaz...

09
Oktyabr

9 Oktyabr

Svante Kornell: Almaniya XİN-in bəyanatı Qarabağ münaqişəsinin mahiyyətini dərk etməmənin nəticəsidir (Trend)

Almaniya Xarici İşlər nazirinin bəyanatı beynəlxalq ictimaiyyətin son otuz ildə Dağlıq Qarabağ münaqişəsinə münasibətini əks etdirir.

Bunu Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun həmtəsisçisi və direktoru Svante Kornell deyib.

O bildirib ki, nazirliyin bu bəyanatı təəccüb doğurmur:

“Çünki, bu dünya ictimaiyyətinin son otuz il ərzində mövqeyini əks etdirir. Bunu yalnız belə xülasə etmək olar: münaqişəni həll etmək deyil, xoşagəlməzlikdən...

09
Oktyabr

9 Oktyabr

“Xəbər Saatı”: Bir neçə kənd və qəsəbə azad olundu (Report)

“Xəbər Saatı”nın oktyabrın 9-na olan xüsusi buraxılışı

09
Oktyabr

9 Oktyabr

Erməni təcavüzü nəticəsində 14 yaşlı yeniyetmənin həlak olduğu kənd (Report)

Təcavüzkar Ermənistan dinc əhaliyə qarşı terror əməlləri həyata keçirib.

Üç bacının bir qardaşı olan 14 yaşlı Fərid kənd ərazisində yeməkxanada əmisi ilə birgə yemək yeyən zaman düşmən mərmisinə tuş gəlib. Yeməkxanaya mərminin düşməsi nəticəsində Fərid İsgəndərov dağıntılar altında qalaraq həlak olub. Fəridin ailə üzvləri bu hadisəni erməni təcavüzü, erməni terroru adlandırırlar.

Fəridin valideynləri övladlarının bütün arzularının yarıda qaldığını söyləyiblər.

Düşməndən...

09
Oktyabr

9 Oktyabr

“Xəbər Saatı”: Xankəndində hərbi hissə darmadağın edildi (Report)

“Xəbər Saatı”nın oktyabrın 9-na olan xüsusi buraxılışı