08
Oktyabr

8 Oktyabr

Yerli media

Samuel Kliger: Azərbaycanın işğal olunmuş əraziləri üzərində nəzarəti bərpa etməsi həm Azərbaycan, həm də erməni xalqının xeyrinə olacaq (Trend)

Azərbaycanın öz işğal olunmuş əraziləri üzərində nəzarəti bərpa etməsi həm Azərbaycan, həm də erməni xalqının xeyrinə olacaq.

Bunu Yəhudi hüquq müdafiə təşkilatının Rusiya və Avrasiya üzrə direktoru Samuel Kliger deyib.

O bildirib ki, ABŞ-da Ermənistanla Azərbaycan arasında münaqişənin gərginləşməsini narahatlıqla izləyirlər:

“Biz də dünya ictimaiyyəti kimi atəşi dayandırmağa, münaqişəni sülh yolu ilə tənzimləməyə çağırırıq. Eyni zamanda biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, eləcə də özünümüdafiə və Ermənistan tərəfindən işğal edilən ərazilər üzərində nəzarəti bərpa etmək hüququnu tanıyırıq. Bu cür nəticə həm Azərbaycan, həm də erməni xalqının xeyrinə olacaq”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.