Yerli media
Ermənilərin mərmi yağdırdığı kənddən reportaj (Report)
Təcavüzkar Ermənistan ölkəmizin dinc əhalisinə qarşı terror əməllərini davam etdirir.
Düşmən yaşayış məntəqələrini və habelə mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Füzuli rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub. Nəticədə kənd ərazisində yerləşən evlərdən biri tam yararsız vəziyyətə düşüb.
Yaşayış evləri zərər görən sakinlər düşməndən qorxmadıqlarını bildiriblər.
Şanlı Ordumuza güvənən əhali heç yerə getmir, doğma yurd-yuvalarını da tərk etmək fikrində deyillər.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.