Yerli media
Erməni hərbçiləri Bərdədə dinc sakinləri artilleriya atəşinə tutublar (Azərtac)
Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirərək Bərdə şəhərini növbəti dəfə artilleriya atəşinə tutub.
Düşmənin “Toçka-U” kompleksindən atəşi nəticəsində mülki şəxslərə, infrastruktura ciddi ziyan dəyib, yaralananlar var. Şəhərin, kəndlərin ağır artilleriya qurğularından atəşə tutulması erməni barbarlığının sübutudur.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.