Yerli media
Gürcü tarixçi: “Azərbaycan xalqının səbri tükənib” (Report)
“Azərbaycan 30 ilə yaxındır dünya ictimaiyyətindən Ermənistanın işğal etdiyi ərazilərin sülh yolu ilə azad olunması, milyonlarla insanın öz doğma evlərinə qaytarılmasını xahiş edir. Lakin nədənsə dünya ictimaiyyəti “kar” olub”.
Bunu gürcü tarixçi, Suxum Dövlət Universitetinin professoru Quram Marxuliya deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi atəşkəsi mütəmadi pozub, təxribata və həyasızlıqlara əl atıb: “Buna görə də Azərbaycan xalqının səbri tükənib. Azərbaycanı ədalətli və azadlıq müharibəsində dəstəkləyirəm”.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.