29
Sentyabr

29 Sentyabr

Yerli media

Qırğızıstanın sabiq baş naziri: Heç kimin BMT TŞ-nin Qarabağ münaqişəsi ilə bağlı qətnamələrə etinasız yanaşmaq hüququ yoxdur (Trend)

Heç kimin BMT Təhlükəsizlik Şurasının (TŞ) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrə etinasız yanaşmaq hüququ yoxdur.

Bunu Qırğızıstanın sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Coomart Otorbayev deyib.

O bildirib ki, beynəlxalq ictimaiyyət 30 il ərzində Azərbaycan ərazilərinin qanunsuz işğalı problemini həll edə bilmir:

“BMT öz nüfuzunu bərpa etmək və Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirmək üçün müdaxilə etməlidir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.