29
Sentyabr

29 Sentyabr

Yerli media

Ekmeleddin İhsanoğlu: Ermənistanın Azərbaycana qarşı təcavüzü beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir (Trend)

Mən Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyirəm, bu, beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud şəkildə pozulması deməkdir.

Bunu İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmeleddin İhsanoğlu deyib.

O, beynəlxalq ictimaiyyəti haqlı tərəfi dəstəkləməyə, bu təcavüzün qurbanları ilə bağlı həmrəylik nümayiş etdirməyə çağırıb:

“Mən yaralıların tezliklə sağalmasını arzu edirəm”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.