29
Sentyabr

29 Sentyabr

Yerli media

Ağdam sakini: Bu dağıntılar erməni faşizminə bariz sübutdur (Azərtac)

Düşmən sentyabrın 29-u səhər saatlarında Ağdam rayonunun digər cəbhəyanı kəndləri kimi, Qaradağlı, Ayaq Qərvənd və Orta Qərvənd kəndlərini də artilleriya atəşinə tutub. Dinc sakinlərin evlərinə ciddi ziyan dəyib.

Ayaq Qərvənd kəndinin sakini Zakir Əliyev bildirib ki, düşmən Azərbaycan Ordusu ilə döyüşdən çəkinir və buna görə də məqsədli şəkildə dinc sakinləri hədəf alır: “Gördüyünüz bu dağıntılar erməni faşizminə bariz sübutdur. Azərbaycan əsgərindən çəkinən düşmən yerli sakinləri hədəfə alaraq öz acizliyini göstərir. Əhali Azərbaycan Ordusunun tezliklə qələbə çalacağına əmindir və Ali Baş Komandanımızın ətrafında sıx birləşmişik.”

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.