29
Sentyabr

29 Sentyabr

Yerli media

Ekspert: Ermənistanın Qarabağda istənilən fəaliyyəti beynəlxalq hüquq baxımından qanunsuzdur (Trend)

Ermənistanın Dağlıq Qarabağ ərazisində istənilən fəaliyyəti beynəlxalq hüquq baxımından qanunsuzdur.

Bunu macarıstanlı təhlükəsizlik mütəxəssisi Piter Dunay deyib.

O vurğulayıb ki, Ermənistan qanunsuz olaraq Azərbaycanın beşdə bir hissəsini işğal edib:

“BMT Təhlükəsizlik Şurasının Azərbaycanın xeyrinə, Ermənistanı öz qoşunlarını işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən qətnamələr qəbul olunsa da, ərazilər işğal edilib. Məhz buna görə də Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ ərazisindəki bütün fəaliyyəti beynəlxalq hüquq baxımından qanunsuz hesab olunur”.

Ekspert əlavə edib ki, Livan mənşəli ermənilərin Qarabağa köçürülməsi də qanunsuz hesab olunur.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.