02
Noyabr

2 Noyabr

Düşmən Ağdamın Mahrızlı kəndində məktəbi hədəf aldı (Azərtac)

Noyabrın 2-si səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonu ərazisini növbəti dəfə artilleriya atəşinə tutub.

Ermənistan tərəfi oktyabrın 30-da əldə olunmuş Cenevrə razılaşmasını da kobud şəkildə pozub. Düşmən bu dəfə də beynəlxalq humanitar hüquqa zidd olaraq mülki əhalini və qeyri-hərbi obyektləri hədəf seçib. Belə ki, düşmənin atdığı top mərmiləri rayonun Mahrızlı kənd tam orta məktəbinə ciddi ziyan vurub. Rahib...

02
Noyabr

2 Noyabr

Rəşadətli Ordumuzun qələbə əzmli əsgərləri Naxçıvanımızın müdafiəsində cəsarətlə dayanıblar (Azərtac)

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq cəbhəboyu uğurlu əks-hücum əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyir və xalqımıza qələbə sevinci yaşadır. Bu gün ordumuz zəfər dolu əks-hücum əməliyyatını davam etdirərkən havadan və qurudan Naxçıvan Muxtar Respublikasının müdafiəsini təmin edən Əlahiddə Ümumqoşun Ordunun bölmələri də ayıq-sayıq döyüş növbətçiliyi aparırlar.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat...

02
Noyabr

2 Noyabr

“Doğma kəndimin azad edilməsi ad günümdə mənə ən böyük hədiyyə oldu” - Böyük Mərcanlı sakini (Azərtac)

Şanlı ordumuzun zəfər yürüşü nəticəsində ilk azad edilən yaşayış məntəqələrimizdən biri də Cəbrayılın Böyük Mərcanlı kəndidir. Bu tarixi gün – sentyabrın 27-si kənd sakinlərinin yaddaşında əbədi qalacaq.

Böyük Mərcanlı sakinlərinin 27 illik həsrəti artıq başa çatdı. İndi kənd sakinləri ata-baba yurdlarına qayıdacağı günü gözləyirlər.

Böyük Mərcanlıdan olan müəllim Zaur Vəliyev deyib ki, bu sevinc...

02
Noyabr

2 Noyabr

Nüzgar kəndindən olan Abbasovlar ailəsi: Torpağımızı dirçəltməyə qayıdırıq (Azərtac)

Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarının bir hissəsi Rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olunub. Sentyabrın 27-dən başlayan Vətən müharibəsində ordumuz tərəfindən düşməndən təmizlənən şəhərlər, qəsəbələr, kəndlər öz sahiblərinə qovuşur. Bu şad xəbəri eşidən həmin yaşayış məntəqələrinin sakinləri 27 illik vətən həsrətinin bitdiyinə sevinirlər.

Cəbrayıl rayonunun Nüzgar kəndinin işğaldan azad edilməsi xəbərinə sevinən Şəmkir rayonunda müvəqqəti məskunlaşan Abbasovlar ailəsi indi öz...

02
Noyabr

2 Noyabr

Ermənistanın müharibə cinayətləri: məcburi köçkün qəsəbələri hədəfə alınır (Azərtac)

Ermənistan silahlı bölmələri cəbhəyanı yaşayış məntəqələrində dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, sosial təyinatlı binaları hədəfə almaqda davam edir.

Düşmən rayonun cəbhəyanı kəndləri ilə yanaşı, məcburi köçkünlər üçün salınmış qəsəbələri də artilleriya atəşinə tutur. Erməni hərbçilərinin genişmiqyaslı təxribatları nəticəsində təkcə Təzəkənd qəsəbəsində sentyabrın 27-dən indiyədək 4 ev, 1 uşaq bağçası dağılıb, 50-yə yaxın evə ziyan dəyib.

Təzəkənd qəsəbəsində erməni...

02
Noyabr

2 Noyabr

“Şəhid övladları bu günü çoxdan gözləyirdi” - “Topçu İsgəndər”in qızı ( AzVision)

“Atamı qonaqlıqlara çağıranda getmirdi. Deyirdi, ki, Qarabağ azad ediləndən sonra o torpaqlarda yeyib-içərik”.

Bunu “Topçu İsgəndər” kimi tanınan, Axısqa türk əsilli Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi İsgəndər Aznaurovun qızı Ədalət Aznaurova deyib.

Şəhid qızı bildirib ki, Türkiyədə yaşasa da, ürəyi daim Azərbaycanla döyünür: “Hər gün hadisələri yaxından izləyirik. Nə oldu, nə bitdi deyə maraqlanırıq. Mən Türkiyədə yaşayıram. Burada olsaq...

02
Noyabr

2 Noyabr

General: “Ordumuz düşməndən qisas alır” (AzVision)

Döyüşdə məğlub olan düşmən ən alçaq hərəkətlərə əl atır. Belə ki, Ermənistan ordusu fosfor bombalardan istifadə etməklə Şuşa meşələrinə od vurur. Daha sonra dezinformasiya yayaraq bu çirkin əməllərini Azərbaycan Ordusunun üzərinə yıxmağa çalışır.

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, bir çox ölkələrdə fosfor bombaları qadağan olunub, həmçinin silahlanmadan çıxarılıb.

Generalın sözlərinə görə, bizdə fosfor bomboları yoxdur, Ermənistanın iddiaları tamamilə yalandır. O, həmçinin əlavə...

02
Noyabr

2 Noyabr

“Ermənistan birinci Qarabağ müharibəsində də terrorçulardan istifdə edib” - Hərbi ekspert (AzVision)

"Ermənistan silahlı qüvvələri tərəfindən döyüşlərdə terrorçulardan istifadə olunması və onların bu əraziyə cəlb edilməsi ilk dəfə deyil. İstər birinci Qarabağ müharibəsində, istərsə də 28 illik atəşkəs dövründə davamlı olaraq terrorçulardan istifdə ediblər".

Bunu hərbi ekspert Ruslan İmanquliyev deyib. Onun sözlərinə görə, düşmən hər zaman bizdən işğal etdiyi əraziləri terrorçular üçün məskən və təlim mərkəzi kimi istifadə edib.

"Bununla...

02
Noyabr

2 Noyabr

“Biz nə qorxur, nə də təhlükədən gizlənirik” (Report)

Gəncə, Mingəçevir, Tərtər və Bərdə şəhərləri Ermənistan silahlı qüvvələrinin davamlı raket zərbəsinə məruz qalır. Onlarla sakin həyatını itirir, yüzlərlə yaralı olur. Görəsən, birbaşa hərbi döyüş zonasında olmayan yerli əhali raket atəşi zamanı nə etməlidir?

02
Noyabr

2 Noyabr

Ekspert: "Rusiya Qarabağda Ermənistan üçün vuruşmağa boyun olmayıb" (Report)

"Vəziyyət necə dəyişirsə-dəyişsin, Rusiya Azərbaycanın ərazi bütövlüyünü heç vaxt şübhə altına qoymayıb".

Bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.

“Siyasətdə liderlər arasındakı şəxsi münasibətlər dövlətlərarası səviyyədə belə mühüm rol oynayır. Paşinyanın əməllərini yaxşı xatırlayırıq və bu, xəyanət kimi də səciyyələndirilə bilər. KTMT baş katibi Yuri Xaçaturova qarşı cinayət işi başlamaq həmin təşkilatın nüfuzuna zərbə oldu. Y.Xaçaturovun istefasından sonra da Belarus nümayəndəsinin o vəzifəyə...