Yerli media
Düşmən Ağdamın Mahrızlı kəndində məktəbi hədəf aldı (Azərtac)
Noyabrın 2-si səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonu ərazisini növbəti dəfə artilleriya atəşinə tutub.
Ermənistan tərəfi oktyabrın 30-da əldə olunmuş Cenevrə razılaşmasını da kobud şəkildə pozub. Düşmən bu dəfə də beynəlxalq humanitar hüquqa zidd olaraq mülki əhalini və qeyri-hərbi obyektləri hədəf seçib. Belə ki, düşmənin atdığı top mərmiləri rayonun Mahrızlı kənd tam orta məktəbinə ciddi ziyan vurub. Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin yaxınlığına düşən top mərmisinin partlaması nəticəsində isə muzey zərər görüb.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.