03
Noyabr

3 Noyabr

Erməni terroru nəticəsində sönən ocaq (Azərtac)

Mənfur ermənilər zaman-zaman hər fürsətdə xalqımıza qarşı soyqırımı törədiblər. XX əsrin əvvəllərindən tutmuş birinci Qarabağ savaşınadək yaşanan soyqırımları qan yaddaşımıza yazılıb. 1992-ci ilin fevralında törədilmiş Xocalı soyqırımının şahidləri isə hələ də o dəhşətli günlərin əzabı ilə yaşayırlar. Əliyalın insanlara qarşı zorakılıq edərək onların doğma yurdlarını tərk etməsinə də aman verməyən düşmən öldürdüyü dinc sakinlərin cəsədlərini belə ağlagəlməz işgəncələrlə tanınmaz hala salmışlar....

03
Noyabr

3 Noyabr

Elşən Əmrahov: Əminik ki, Qarabağın tacı olan Şuşa şəhəri tezliklə işğalçılardan təmizlənəcək (Azərtac)

Hər zaman adı çəkiləndə gözlərimiz dolar, qəlbimiz qubar eylər. Adam öz isti ocağından necə ayrılar ki?! Həsrəti ilə yaşadığımız 28 il ərzində, hər gün dua etmişik ki, heç olmazsa, Allahın bizə nəsib etdiyi ömrün qalan hissəsini doğma yurd-yuvamızda - Şuşada yaşayaq...

Bu sözləri Masallı rayonunda məskunlaşan, Şuşa rayonunun Xanalılar kənd sakini Elşən Əmrahov söyləyib.

E.Əmrahov Şuşa şəhərindən ailəsinin...

03
Noyabr

3 Noyabr

Düşmən Ağcabədinin kəndlərini atəşə tutur (Azərtac)

Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun cəbhə xəttinə yaxın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir. Nəticədə evlərə, yardımçı binalara, təsərrüfatlara ciddi ziyan dəyir.

Ağcabədi rayonunun düşmənin artilleriya atəşinə məruz qalan yaşayış məntəqələrindən biri Qaraxanlı kəndidir. Sentyabrın 27-dən indiyədək kənddə 6 ev dağılıb, 50-yə yaxın ev və yardımçı bina zərər görüb.

Heydər Paşayev düşmənin kəndi mütəmadi atəşə tutduğunu bildirib: "Axşam mərmilərdən biri qonşumuzun evinə...

03
Noyabr

3 Noyabr

Cəbrayılın Nüzgar kəndindən olan Əzizovlar ailəsi: İndi 27 ildir gözlədiyimiz o günləri yaşayırıq (Azərtac)

Düşmən tapdağından azad edilən Cəbrayılın Nüzgar kəndinin sakinləri doğma yurdlarına qayıdacağı günü səbirsizliklə gözləyirlər. O gün artıq çox yaxındadır. Şanlı ordumuz tərəfindən erməni silahlı birləşmələrindən azad edilən yaşayış məntəqələrimiz arasında Nüzgar kəndi də var.

Nüzgar sakinlərinin 27 ildir nakam qalan arzuları artıq reallığa çevrilib. Nüzgar kəndindən olan Əzizovlar ailəsi də uzun illərdir Vətən həsrəti ilə...

03
Noyabr

3 Noyabr

4 ilə işğal edilən torpaqlar 40 günə azad edilə bilməz - Cəmiyyətdən sadəcə səbr tələb olunur (Trend)

Son günlərdə sosial şəbəkənin Azərbaycan seqmentində istifadəçilərin az bir hissəsi azad edilən ərazilərin sevincini doya-doya yaşaya bilmir. Onlar artıq kənd deyil, şəhər və qəsəbələrin azad olunma xəbərini eşitmək istəyirlər. Həmin şəxslər başa düşməlidilər ki, torpaqlarımızın azadlığı uğurunda döyüşən əsgər və zabitlərimiz üçün şəhər və rayonun azad edilməsi üçün bir neçə...

03
Noyabr

3 Noyabr

Hərbi ekspert: "Yüksəkliklər addım-addım azad olunur (Report)

“1994-cü ilin əvvəllərindəki Horadiz əməliyyatlarından sonra, yəni son 24 ildə Silahlı Qüvvələrimiz 2016-cı ildə Cocuq Mərcanlı kəndi, Talış və Lələtəpə yüksəklikləri, 2018-ci ildə Günnüt kəndi, Qızıl Qaya və Xunut yüksəkliyi, 2019-cu ildə isə Babakər dağı istiqamətində uğurlar əldə edib. Həmin dövrdə azad edilən o ərazilərin işğal altındakı torpaqlarımızla nisbətini nəzərə almadan onları əsl qələbə kimi qeyd edə bildik. Çünki müharibədə...