Yerli media
Ermənistanın müharibə cinayətləri: məcburi köçkün qəsəbələri hədəfə alınır (Azərtac)
Ermənistan silahlı bölmələri cəbhəyanı yaşayış məntəqələrində dinc əhalini, çoxsaylı ev və mülki obyektləri, sosial təyinatlı binaları hədəfə almaqda davam edir.
Düşmən rayonun cəbhəyanı kəndləri ilə yanaşı, məcburi köçkünlər üçün salınmış qəsəbələri də artilleriya atəşinə tutur. Erməni hərbçilərinin genişmiqyaslı təxribatları nəticəsində təkcə Təzəkənd qəsəbəsində sentyabrın 27-dən indiyədək 4 ev, 1 uşaq bağçası dağılıb, 50-yə yaxın evə ziyan dəyib.
Təzəkənd qəsəbəsində erməni vəhşiliyinin izlərini fotolarda təqdim edirik.
Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə
qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında
bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə
deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan
İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və
döyüşçülərimizin ruh yüksəkliyi idi.