20
Oktyabr

20 Oktyabr

Özbəkistanın “Interpress.uz” və “interfax.uz” portallarında Ermənistanın Azərbaycana təcavüzü, həmçinin Gəncə şəhərini raket atəşinə tutması haqqında yazılar yerləşdirilib.

Yazılarda Ermənistanın qədim Gəncə şəhərinə raket hücumu nəticəsində çoxlu dağıntıların olması və dinc əhalinin həlak edilməsindən bəhs olunur. Bu da 1949-cu ildə imzalanmış Cenevrə Konvensiyasına və mülki əhalinin atəşə tutulması ilə bağlı digər konvensiyalara ziddir.

Qeyd olunur ki, Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən indiyəcən 61 dinc əhali həlak...

20
Oktyabr

20 Oktyabr

İtaliyanın nüfuzlu “Corriere Della Sera” qəzetinə bağlı məşhur “EUROACTIVE” portalının italyan versiyasında Roma Sapienza Universitetinin tədqiqatçısı, professor Daniel Pommier Vinçellinin “Dağlıq Qarabağ: sülh zamanıdır?” başlıqlı məqaləsi dərc olunub.

Məqalədə müəllif oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında razılaşdırılmış humanitar atəşkəsi xatırladaraq sülh və dialoq üçün tələb olunan şərtlər və atılmalı olan addımlardan danışır. Professor qeyd edir ki, Azərbaycan hazırda üstün mövqedədir və...

20
Oktyabr

20 Oktyabr

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ballistik raket atəşinə tutması və bunun nəticəsində aralarında azyaşlılar və qadınlar da olmaqla ciddi sayda mülki insanların itkisi barədə Küveytin “Dasmannews” onlayn xəbərlər portalında və gündəlik ərəb dilində nəşr edilən “Əl-Ənbə”, “Əl-Nahar”, “Əl-Cəridə” qəzetlərində bu barədə məlumatlar dərc edilib.

Azərbaycanın Küveytdəki Səfirliyindən bildirilib ki, həmçinin hücum zamanı həlak olan insanların xatirəsinin yad...

20
Oktyabr

20 Oktyabr

İndoneziya İslam Əməkdaşlıq Təşkilatı Gənclər Təşkilatının (İndoneziya İƏT GT) təşəbbüsü və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Ermənistan-Azərbaycan münaqişəsinə, xüsusilə son günlərdə Ermənistanın ölkəmizə qarşı yönəlmiş yeni təxribatlarına həsr olunmuş vebinar keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar hazırda cərəyan edən prosesləri daha geniş kütləyə çatdırmaqdan ibarət olub.

İndoneziya parlamentinin Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon, İndoneziya İƏT Gənclər...

20
Oktyabr

20 Oktyabr

Dünya ölkələrinin enerji siyasəti ilə bağlı tədqiqatlar aparan “Sənaye və Energetika üzrə Tədqiqatlar” cəmiyyətinin “RiEnergia” internet portalında Venesiyanın “Ka Foskari” universitetinin tədqiqatçısı professor Karlo Frappinin müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi və enerjinin çəkisi” adlı məqalə dərc olunub.

Məqalədə Azərbaycanın Avrasiya məkanının əsas karbohidrogen istehsalçılarından biri kimi SSRİ-dən müstəqillik əldə etdikdən sonra daha effektiv şəkildə enerji sektorunu inkişaf etdirməyə müvəffəq olmuş ölkə olduğu bildirilir. Qeyd olunur...

20
Oktyabr

20 Oktyabr

Çinin “Naewoeilbo” saytında Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozması ilə bağlı məlumat yayılıb.

Məlumatda Azərbaycanın humanizm prinsiplərinə əsaslanaraq xoş niyyət göstərib oktyabrın 18-də bir daha humanitar atəşkəsə razı olduğu bildirilir. Lakin Ermənistan silahlı qüvvələri humanitar atəşkəs elan ediləndən dərhal sonra - saat 00.02-də Cəbrayıl şəhərinə, eləcə də Cəbrayıl rayonunun işğaldan azad edilmiş kəndlərinə atəş açdı. Ermənistan daha sonra ağır artilleriyadan istifadə edərək iki ölkənin sərhədi...

20
Oktyabr

20 Oktyabr

Xorvatiyanın aparıcı KİV-lərində, o cümlədən “Zagorje” onlayn portalında və “Zaqorski list” qəzetində Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən hazırlanan məqalə dərc edilib.

Məqalədə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması, həlak olmuş günahsız insanlar və dağıntılar barədə məlumat verilib. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin hadisə yerinə səfər etdikləri, erməni vəhşiliyinin nəticələrini öz gözləri ilə gördükləri qeyd olunub.

Yazıda, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektləri,...

20
Oktyabr

20 Oktyabr

Azərbaycanın Misirdəki səfiri Tural Rzayev bu ölkənin nüfuzlu “Dostor” informasiya portalına müsahibə verib. Səfir müsahibəsində bildirib ki, rəşadətli Orduya malik Azərbaycanın heç kimin hərbi yardımına ehtiyacı yoxdur və işğalçı Ermənistanın hərbi təxribatına qarşı əks-hücum əməliyyatları keçirən Silahlı Qüvvələrimiz torpaqlarımız tam azad olunanadək döyüşləri davam etdirmək əzmindədir.

Ərazilərimizin 20 faizini işğal etmiş Ermənistan qoşunlarının 27 ildir həmin torpaqların dərhal və qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının...

20
Oktyabr

20 Oktyabr

İndoneziyanın nüfuzlu “Pikiran Rakyat” qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair səfir Cəlal Mirzəyevin müsahibəsi dərc olunub.

“Azərbaycan səfiri Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün əsas həll yolunun BMT Təhlükəsizlik Şurasının qətnamələri olduğunu bildirir” adlı yazı qəzetin baş redaktoru Noe Firmanın səfir C.Mirzəyev ilə münaqişə və baş verən son hadisələrə dair müsahibəsi əsasında hazırlanıb.

Azərbaycan səfiri ötən ayın sonunda yenidən alovlanan münaqişədə iki dəfə humanitar atəşkəs...

20
Oktyabr

20 Oktyabr

İtaliyanın nüfuzlu “Il Giornale” qəzetinə bağlı “Insideover” portalında jurnalist Mauro İndelikatonun müəllifi olduğu “Nə üçün Dağlıq Qarabağa münasibətdə Trentino-Cənubi Tirol modelindən danışılır?” başlıqlı məqalə dərc olunub.

Müəllif məqaləsində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və Minsk konfransının ilk sədri olmuş İtaliyanın o zamankı Xarici İşlər nazirinin müavini Mario Raffaellinin fikirlərinə geniş yer verir.

M.İndelikato məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun başvermə səbəbləri haqqında danışaraq, erməni...

20
Oktyabr

20 Oktyabr

Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal Gəncə şəhərinə səfər edib. Gəncənin yəhudi icmasında baş ravvinə bildiriblər ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur. Döyüş zonasından uzaqda yerləşməsinə baxmayaraq Gəncə dəfələrlə raket zərbələrinə məruz qalıb. Özü də bu atəşlərin qurbanları dinc sakinlər olur.

İsrailin 9TV portalında dərc edilmiş məqalə bu mövzuya həsr olunub.

Məqalədə qeyd edilir ki, raket...

20
Oktyabr

20 Oktyabr

Özbəkistanın “fikr.uz, “interpress.uz” və “kun.uz” portalları özbək və rus dillərində Gəncənin raket atəşinə tutulmasını pisləyən məqalələr çap edib.

Ermənistan dövlət səviyyəsində Azərbaycanın şəhər və kəndlərində yaşayan dinc əhaliyə qarşı terror aktları həyata keçirir.

“fikr.uz”, “interpress.uz” saytları yazır ki, bu haqda ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib: “Daxili...

20
Oktyabr

20 Oktyabr

Braziliyanın REBE TV kanalında Azərbaycana həsr edilmiş proqram efirə gedib.

Azərbaycanın Braziliyadakı səfirliyindən bildirilib ki, proqramda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Hüseynov çıxış edərək, mərkəzin fəaliyyəti və Braziliya ilə əməkdaşlığa dair planları bölüşüb. Bildirilib ki, multikulturalizm Azərbaycanın dövlət siyasətidir və onun təmsil etdiyi qurumun bu modeli dünyanın bir çox ölkələrində, o cümlədən Braziliyada tədris edir.

Jurnalist Fabiana Seyhanın regionda baş verən proseslərlə bağlı sualına cavablandıran R.Hüseynov vurğulayıb...

20
Oktyabr

20 Oktyabr

Qırğızıstanın “goldenbridgenews.com”, “turktoday.info” və “nazarnews.org” portalları Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi, Ermənistanın təxribatçı siyasəti haqqında məqalələr yaymaqda davam edir.

“goldenbridgenews.com” və “turktoday.info” portalları Azərbaycan Ordusunun Zəngilan rayonunun Mincivan qəsəbəsini və 13 kəndini, həmçinin Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 5 kəndini işğaldan azad etməsi barədə xəbərlər yayıblar.

Portallar, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətinin mətnini də yerləşdirib.

Bundan əlavə, saytlar “AZƏRTAC Ermənistanın Gəncəyə qanlı terror hücumları ilə bağlı...

20
Oktyabr

20 Oktyabr

Tərtər Dağlıq Qarabağa əks-hücumun məntiqi başlanğıc nöqtəsi kimi görünən strateji ərazidir. Bütün şəhərboyu fasiləsiz artilleriya atəşləri davam edir. On dörd mülki şəxs həlak olub, 52-si yaralanıb, şəhərə 13 min 127 mərmi atılıb, 116 ev dağılıb.

Bu fikirlər “Le Temps” portalında “Azərbaycan Dağlıq Qarabağ məngənəsini sıxır” adlı məqalədə yazılıb.

Jurnalist yerli sakinlərlə görüşərək onların 1991-1994-cü illərdə də eyni vəziyyəti yaşadıqlarını öyrənib.

“Tərtərdə heç bir hərbi obyekt...

20
Oktyabr

20 Oktyabr

Almaniyanın “TAZ” xəbər saytında “Millətçilər millətçilərlə görüşürlər” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Almaniyanın “AfD” partiyasının Dağlıq Qarabağa nümayəndə heyəti göndərməsindən bəhs olunur. Bildirilir ki, “AfD” partiyası guya xristian Qərbi Dağlıq Qarabağdakı İslam istilasından qorumaq istəyir. Bu mövqe hər zaman “AfD”nin mahiyyətinin tərkib hissəsi olub. Halbuki, xristian Ermənistan ilə müsəlman Azərbaycan arasındakı müharibə dini məzmunda deyil. Belə ki, müharibənin dinlə heç bir əlaqəsi yoxdur. Məsələyə aydınlıq...