20
Oktyabr

20 Oktyabr

Xarici media

Xorvatiyanın aparıcı KİV-lərində, o cümlədən “Zagorje” onlayn portalında və “Zaqorski list” qəzetində Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən hazırlanan məqalə dərc edilib.

Məqalədə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini raket atəşinə tutması, həlak olmuş günahsız insanlar və dağıntılar barədə məlumat verilib. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin hadisə yerinə səfər etdikləri, erməni vəhşiliyinin nəticələrini öz gözləri ilə gördükləri qeyd olunub.

Yazıda, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi aspektləri, erməni tərəfinin iddia etdiyi guya Qarabağın zorla Azərbaycanın tərkibinə qatılması barədə yalanlar ifşa olunub.

Eyni zamanda, münaqişənin hüquqi tərəfinə də toxunulub, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Cenevrə konvensiyalarının Ermənistan tərəfindən kobud şəkildə pozulması oxucuların diqqətinə çatdırılıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.