20
Oktyabr

20 Oktyabr

Xarici media

Çinin “Naewoeilbo” saytında Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozması ilə bağlı məlumat yayılıb.

Məlumatda Azərbaycanın humanizm prinsiplərinə əsaslanaraq xoş niyyət göstərib oktyabrın 18-də bir daha humanitar atəşkəsə razı olduğu bildirilir. Lakin Ermənistan silahlı qüvvələri humanitar atəşkəs elan ediləndən dərhal sonra - saat 00.02-də Cəbrayıl şəhərinə, eləcə də Cəbrayıl rayonunun işğaldan azad edilmiş kəndlərinə atəş açdı. Ermənistan daha sonra ağır artilleriyadan istifadə edərək iki ölkənin sərhədi boyunca Gədəbəy və Tovuz rayonları istiqamətində hücumlar etdilər. Səhər saat 7-yə qədər isə Ağdərə Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücumları davam etdirdilər. Ermənistanın artıq ikinci dəfədir ki, humanitar atəşkəsi pozması Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinin bariz sübutudur.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.