20
Oktyabr

20 Oktyabr

Xarici media

Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ballistik raket atəşinə tutması və bunun nəticəsində aralarında azyaşlılar və qadınlar da olmaqla ciddi sayda mülki insanların itkisi barədə Küveytin “Dasmannews” onlayn xəbərlər portalında və gündəlik ərəb dilində nəşr edilən “Əl-Ənbə”, “Əl-Nahar”, “Əl-Cəridə” qəzetlərində bu barədə məlumatlar dərc edilib.

Azərbaycanın Küveytdəki Səfirliyindən bildirilib ki, həmçinin hücum zamanı həlak olan insanların xatirəsinin yad edilməsi məqsədilə oktyabrın 19-da səfirliyin əsas giriş qapısının önündə erməni vəhşiliyinin qurbanı olmuş şəxslərin, insanların fotoşəkilləri, yaşayış binalarına, mülki obyektlərə dəyən dağıntıları özündə əks etdirən materiallar yerləşdirilmiş anım lövhəsi quraşdırılıb. Oktyabrın 18-dən etibarən ölkədəki Azərbaycanın icma üzvləri mütəşəkkil və fərdi şəkildə səfirliyin önünə gələrək erməni vandalizminin qurbanı olmuş vətəndaşlarımızın xatirəsini ehtiramla anmış, lövhənin önünə gül dəstələri, eləcə də kiçik uşaq oyuncaqları qoymuşlar. Həmçinin, səfirliyin önündən keçən yerli və müxtəlif ölkə vətəndaşları lövhəyə yaxınlaşaraq hadisə ilə tanış olmaqla yanaşı, onlara Gəncə terroru barədə ətraflı məlumat verilib. Erməni vandalizminin qurbanlarının anımı ilə bağlı quraşdırılmış lövhənin nümayişi həftənin sonunadək davam etdiriləcək.

Bundan əlavə, Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində aralarında azyaşlılar və qadınlar da olmaqla ciddi sayda mülki insanların itkisi barədə XİN-in Bəyanatı, o cümlədən rəsmi orqanlara əsasən yayılmış digər məlumatlar səfirliyin saytında yerləşdirilib və sosial şəbəkə ünvanlarında müvafiq paylaşımlar edilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.