20
Oktyabr

20 Oktyabr

Xarici media

Qırğızıstanın “goldenbridgenews.com”, “turktoday.info” və “nazarnews.org” portalları Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməsi, Ermənistanın təxribatçı siyasəti haqqında məqalələr yaymaqda davam edir.

“goldenbridgenews.com” və “turktoday.info” portalları Azərbaycan Ordusunun Zəngilan rayonunun Mincivan qəsəbəsini və 13 kəndini, həmçinin Füzuli rayonunun 3, Cəbrayıl rayonunun 5 kəndini işğaldan azad etməsi barədə xəbərlər yayıblar.

Portallar, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətinin mətnini də yerləşdirib.

Bundan əlavə, saytlar “AZƏRTAC Ermənistanın Gəncəyə qanlı terror hücumları ilə bağlı dünyanın aparıcı xəbər agentliklərinə müraciət ünvanlayıb” sərlövhəli materiala da yer verib.

“nazarnews.org” portalı “Prezident: Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram”, “Prezident İlham Əliyev: Onlar bütün dünyaya yalan danışır. Bu yalançıları biz bundan sonra da qovacağıq”, “Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyi artıq bizim qarşımızda diz çöküb, onlara layiq olan yeri göstərmişik”, “Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır”, “Mehriban Əliyeva Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan rayonlarının, bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib” sərlövhəli materialları rus dilində dərc edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.