20
Oktyabr

20 Oktyabr

Xarici media

Almaniyanın “TAZ” xəbər saytında “Millətçilər millətçilərlə görüşürlər” sərlövhəli məqalə dərc olunub.

Məqalədə Almaniyanın “AfD” partiyasının Dağlıq Qarabağa nümayəndə heyəti göndərməsindən bəhs olunur. Bildirilir ki, “AfD” partiyası guya xristian Qərbi Dağlıq Qarabağdakı İslam istilasından qorumaq istəyir. Bu mövqe hər zaman “AfD”nin mahiyyətinin tərkib hissəsi olub. Halbuki, xristian Ermənistan ilə müsəlman Azərbaycan arasındakı müharibə dini məzmunda deyil. Belə ki, müharibənin dinlə heç bir əlaqəsi yoxdur. Məsələyə aydınlıq gətirmək üçün tarixi kitablara nəzər salmaq kifayətdir.

Müəllif diqqətə çatdırır ki, Sovet İttifaqının “mirası” olan münaqişə sərhədlər və ərazilər ilə bağlıdır. Andreas Kalbits kimi sağçı millətçilərin Dağlıq Qarabağa səfəri təəccüb doğurmur və bu, onun bölgəyə ilk səfəri deyil. Eyni zamanda, “AfD” partiyası Ermənistanın “Adekvad” qrupu ilə sıx münasibətlər saxlayır. Ermənistan hökuməti isə alman deputatların Dağlıq Qarabağa səfərindən özünün təbliğat məqsədləri üçün istifadə etməyə cəhd göstərir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.