Zəfərin yolu
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistanın işğalçılıq siyasəti haqqında yazdığı məqalə oktyabrın 14-də ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetində dərc edilib.
Məqalədə baş konsul Dağlıq Qarabağın mübahisəli ərazi olmadığını, Azərbaycanın tərkib hissəsi olduğunu və bunun beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edildiyini diqqətə çatdırır. N.Ağayev Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən bəhs edərək, ölkəmizin ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan...
“Nex24.news” xəbər portalında Almaniyanın Potsdam Universitetinin professoru Vilfrid Furmanın müəllifi olduğu “Ermənistan beynəlxalq hüququ pozaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır” başlıqlı məqalə dərc edilib.
Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsinin tarixçəsindən bəhs olunur. Eyni zamanda, məqalədə bildirilir ki, 1994-cü ildəki atəşkəsdən etibarən, Azərbaycan Ermənistan tərəfindən beynəlxalq hüquqa zidd olaraq işğal edilmiş ərazilərini geriyə qaytarmaq üçün səy göstərib. Atəşkəsdən sonra təxminən 1 milyon azərbaycanlı...
Humanitar atəşkəs elan edilən gecə Ermənistanın Azərbaycanın ikinci şəhəri olan Gəncənin mərkəzində yaşayış binalarını bombardman etməsi müharibə cinayətidir.
Türkiyə barıt çəlləyinə od vurub deyənlər səhv edir. Türkiyə Fransanın 4 dəfə səs verdiyi qətnamələrin həyata keçirilməsini tələb edir.
Azərbaycanda Mossad agentlərinin olması, elə “cihadistlərin” olması kimi əsassız iddiadır.
Bu fikirlər səfir Rəhman Mustafayev Fransanın “Radio Courtoisie” radiosuna verdiyi müsahibədə jurnalistin sualına cavabda səsləndirilib.
Fransa radiosunda müsahibəsində R.Mustafayev Dağlıq Qarabağ, eləcə...
Fransanın “France 24” televiziya kanalı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması ilə bağlı reportaj yayımlayıb.
Reportajda Ermənistanın raket hücumu nəticəsində dağılmış binaların, yaxınlarını itirmiş insanların görüntüləri təqdim olunur.
Kanalın Gəncədən hazırladığı reportajda jurnalist dağıntılar altından sağ çıxan insanlarla söhbət etdiyini, raketin gecə saatlarında yaşayış binalarının üzərinə düşdüyünü diqqətə çatdırır. “Dağıntıların altından cansız bədənlər bir-bir çıxarılarkən biz bu atəşin insan həyatına necə qıydığını aydın görürük”, – deyə...
Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İranın ingilisdilli “AVA Diplomatic” saytına müsahibə verib.
Səfir Azərbaycan Ordusunun əks-hücum əməliyyatına toxunub. Qeyd olunub ki, Sovet İttifaqının süqutu zamanı Ermənistanın əhalisi 3,6 milyon nəfər idi. Mən də daxil olmaqla Ermənistanda yaşayan 230 min azərbaycanlı qaçqın düşdük. Müharibənin başlanması və Ermənistan hakimiyyətinin işğalçı siyasəti ölkəni dalana salıb. Ermənistan iqtisadiyyatının vəziyyəti göz qabağındadır. Regiondakı bütün mühüm iqtisadi layihələr Ermənistandan yan keçir. İşğalçılıq siyasətinin qurbanı olan...
Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində Türkiyə və Azərbaycan tərəfindən Yaxın Şərqdən muzdluların, cihadçıların cəlb edilməsi ilə bağlı iddiaları bir daha rədd edərək, bu şayiələri yalan, heç bir əsası olmayan və dünya ictimai fikrini qəsdən yanıldan adlandırıb.
Ermənistanın PKK-dan və Kürd Vətən İttifaqından minlərlə terrorçunu, həmçinin bir sıra Avropa ölkələrinin, ABŞ-ın və Yaxın Şərqin vətəndaşı olan erməni əsilli muzdlu və silahlıları cəlb etdiyini bildirən E.Əmirbəyov...
Milli Məclisin deputatı Kamal Cəfərov “Əl-Cəzirə” televiziya kanalında Rusiya və Ermənistan rəsmilərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi və humanitar atəşkəslə bağlı canlı debatda iştirak edib.
K.Cəfərov Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Gəncə genosidi, ermənilərin feyk nyusları, siyasi müstəvidə və cəbhədəki təxribatlar barədə geniş məlumat verib, aparıcının suallarını cavablandırıb.
Bildirilib ki, sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi...
Argentinada çıxan gündəlik “Clarin” qəzetinin internet portalında “Azərbaycan Ermənistanın bir neçə ballistik raketinin məhv edildiyini bildirib” sərlövhəli məqalə dərc olunub.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinad edilən məqalədə oktyabrın 14-də Ermənistan ərazisində Azərbaycanın mülki infrastruktur obyektlərinə və şəhərlərinə tuşlanmış bir neçə ballistik raketin Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edildiyi bildirilir.
Oktyabrın 14-ünə keçən gecə Azərbaycan Ordusu Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunun yaxınlığında sərhədyanı zonada Ermənistan tərəfindən...
İordaniyanın “əl-Haqiqa əl-Duvaliyyə” telekanalının efirində Dağlıq Qarabağ münaqişəsinin tarixi və Ermənistanın Azərbaycana qarşı törətdiyi son təxribatlar haqqında danışılıb.
“Cümə görüşü” verilişinin qonaqları olan İslam Əmək Cəbhəsi partiyasının liderlərindən biri Xalid əl-Cuhəni və iordaniyalı məşhur ictimai xadim, tarixçi və yazıçı, “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq (Azərbaycan Respublikası)” kitabının müəllifi Ömər əl-Armuti Azərbaycanın tarixi, regionda oynadığı rol haqqında qısa məlumat verib, Ermənistanın ölkəmizin ərazisinin 20 faizini işğal etməsi və bu...
Azərbaycan Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi fonunda Ermənistanın onun neft və qaz kəmərlərinə hücumunun cavabının çox sərt olacağını bildirib.
Bu barədə oktyabrın 14-də Avstraliyanın “SBS News” portalı məlumat yayıb.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin “Haber Türk” telekanalına müsahibəsindən sitat da yer alıb: “Ancaq əgər Ermənistan bu çirkin planları, yəni, boru xətlərinin sıradan çıxarılması planlarını həyata keçirərsə, onlar üçün cavab çox ağır olacaq. Biz bu barədə artıq xəbərdarlıq...
Bosniya və Herseqovinanın sabiq Baş Naziri, Baş Nazirin müavini və Xarici İşlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Zlatko Lagumdzija ölkəsinin nüfuzlu “Avaz” qəzetinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müsahibə verib.
Zlatko Lagumdzija müsahibəsində 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistanın qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini qeyd-şərtsiz yerinə yetirməkdən imtina edir.
Sabiq Baş Nazir,...