14
Oktyabr

14 Oktyabr

Xarici media

Bosniya və Herseqovinanın sabiq Baş Naziri, Baş Nazirin müavini və Xarici İşlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü Zlatko Lagumdzija ölkəsinin nüfuzlu “Avaz” qəzetinə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müsahibə verib.

Zlatko Lagumdzija müsahibəsində 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistanın qoşunlarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini qeyd-şərtsiz yerinə yetirməkdən imtina edir.

Sabiq Baş Nazir, həmçinin Xocalı soyqırımını Srebrenitsa soyqırımı ilə müqayisə edib. Bildirir ki, 1992-ci ildə Xocalıda törədilən soyqırımı zamanı 613 dinc sakin amansızlıqla qətlə yetirilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.