14
Oktyabr

14 Oktyabr

Xarici media

İordaniyanın “əl-Haqiqa əl-Duvaliyyə” telekanalının efirində Dağlıq Qarabağ münaqişəsinin tarixi və Ermənistanın Azərbaycana qarşı törətdiyi son təxribatlar haqqında danışılıb.

“Cümə görüşü” verilişinin qonaqları olan İslam Əmək Cəbhəsi partiyasının liderlərindən biri Xalid əl-Cuhəni və iordaniyalı məşhur ictimai xadim, tarixçi və yazıçı, “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq (Azərbaycan Respublikası)” kitabının müəllifi Ömər əl-Armuti Azərbaycanın tarixi, regionda oynadığı rol haqqında qısa məlumat verib, Ermənistanın ölkəmizin ərazisinin 20 faizini işğal etməsi və bu işğalın törətdiyi fəsadlar barədə söhbət açıblar.

Ömər əl-Armuti verilişdə Ermənistanın 1990-cı illərdə Azərbaycan ərazilərini işğal etdiyini və ATƏT-in Minsk qrupunun son 28 il ərzində fəaliyyətsizliyini tamaşaçıların diqqətinə çatdırıb. O bildirib ki, Azərbaycanın böyük hərbi potensialı və geniş iqtisadi imkanları var. Azərbaycan Qarabağ münaqişəsinin dinc, siyasi yolla tənzimlənməsinin tərəfdarı olsa da, Ermənistanın son təxribatlarına cavab vermək məcburiyyətində qalıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.