Zəfərin yolu
Avropa Şurasının jurnalistika və jurnalistlərin müdafiəsinin təşviqi internet platforması Fransanın TF1 televiziya kanalını və onun jurnalisti Lizron Budulu hədəfə alan nifrət kampaniyası ilə bağlı Fransaya xəbərdarlıq edib.
İnternet platformasının tərəfdaşları olan “Avropa Jurnalistlər Federasiyası” (EFJ) və “Sərhədsiz reportyorlar” (RFS) təşkilatları tərəfindən təqdim edilmiş xəbərdarlıqda təhlükənin mənbəyinin qeyri-müəyyən olduğu, jurnalistlərin hələ də sıxışdırıldığı bildirilir. Qeyd edilir ki, L.Budul oktyabrın 22-də Dağlıq Qarabağda vəziyyəti əks etdirən reportajından sonra onun və TF1...