Zəfərin yolu
Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini “Human Rights Watch” təşkilatı da təsdiqləyib.
Təşkilatın bununla bağlı yaydığı açıqlamada deyilir ki, Ermənistan qüvvələri oktyabrın 28-də Azərbaycanın paytaxtı Bakıdan 230 kilometr məsafədə yerləşən Bərdə şəhərinə beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları atıb. Hücum nəticəsində ən azı 21 mülki şəxsin öldüyü və ən azı 70 nəfərin yaralandığı bildirilir....
Norveç Qızıl Xaç Cəmiyyəti Bərdə şəhərinə raket zərbələri endirilməsi zamanı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüsünün öldürülməsini pisləyir.
Norveç Qızıl Xaç Cəmiyyətinin saytında yerləşdirilən məlumatda dinc əhaliyə qarşı ağır silahların istifadəsi pislənilir. “Bu cür silahlar əhalinin sıx yaşadığı yerlərdə istifadə üçün nəzərdə tutulmayıb”, - deyə Norveç Qırmızı Xaç Cəmiyyətinin regional müşaviri Morten Tennessen-Krokan bildirib. O, mülki və hərbi hədəfləri ayırd...